Salamlayıram sizi əziz qonaq.

      Mən Bayramov Əlikram Urşan oğlu 1968-ci ildə Biləsuvar şəhərinin Yuxarı Cürəli kəndində dünyaya göz açmışam. Uşaq yaşlarımdan musiqiyə həvəsim yaranmışdı. Artıq 1989-cu ildən toy-şadlıq məclislərinə dəvətləri almağa başladım. Professional səhnəyə 1997-ci ildə başlayaraq, xalq qarşısında ilk dəfə Zemfira Əlişqızının yaradıcılıq konsertində çıxış etdim. Və daha sonraları sevilən bəstəkarların yazdığı əsərləri ifa edərək, xalqın milli dəyərinə uyğun və xalqın sevimli mahnılarına çevirilən bir çox mahnıları yazdım və bəstələdim. Fəxr edirəm ki, Əsrin gözəli, Gözləyəcəm, Yaz çiçəyi, Yaşayıram sənin üçün, Dəniz arzularım kimi bir çox mahnılarımla xalqın rəğbətini qazanmağa nail oldum. Sizlərə sevinc və yüksək əhval ruhiyyə bəxş etdiyimə görə çox sevinirəm.
Sizi rəsmi saytımda görməyimə şadam. Və inanıram ki, vaxtınızı gözəl keçirdəcəksiniz.

Hörmətlə        Əlikram Bayramov